Bank Of Baku

Azərbaycanda “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun qəbul ediləcək

Azərbaycanda “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun qəbul ediləcək
# 03 dekabr 2008 16:00 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri, iqtisadi siyasət, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının birgə iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun layihəsi müzakirə edilib. Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov bildirib ki, müvafiq təşkilatların təmsilçiliyi ilə artıq iki ildir layihənin hazırlanması üzrə iş aparılır: “Layihənin hazırlanması zərurəti mövcud reallıqdan, neft-qaz sektorunda həyata keçirilən iri layihələrdən irəli gəlib. Ölkədə yüksək infrastruktur yaradılıb və genişmiqyaslı işlər aparılır. Neft sektorunda 12 minə yaxın yüksək ixtisaslı kadrlar, mütəxəssislər hazırlanıb ki, onların da bir qismi dünyanın müxtəlif ölkələrində çalışır”.
V. Ələsgərov qanun ölkənin neft strategiyasının əsas məqsədlərindən biri olan neft-qaz sənayesinin inkişafı, ixrac məqsədli neft-qaz fəaliyyəti potensialının artırılması, Azərbaycanın bu sahədə Xəzər dənizi bölgəsində, eləcə də digər regionlarda mühüm rol oynaması üçün dövlət tərəfindən əlverişli iqtisadi və hüquqi mühitin yaradılmasının nəzərdə tutduğunu deyib.
İqtisadi-siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə deyib ki, qanun ölkə vətəndaşlarının bu sahədə işə cəlb edilməsinə əsas yaradacaq. Müzakirələrdən sonra layihənin birinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR