Bank Of Baku

Ermənilər müxtəlif istiqamətlərdə atəşkəsi pozublar

Ermənilər müxtəlif istiqamətlərdə atəşkəsi pozublar
# 04 dekabr 2008 07:25 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunlarının təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 3-də saat 17.20-dən 18.00-dək, 19.20-dən 19.45-dək, 22.20-dən 23.05-dək fasilələrlə Ermənistanın Noyemberyan rayonunun Vazaşen kəndi, Krasnoselsk və Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonu Paravakan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax, Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Qaralar kəndi ərazisində yerləşən mövqelərini, saat 17.50-dən 18.05-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.40-dan 21.45-dək və dekabrın 4-də saat 02.30-dan 02.40-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.00-dan 22.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.25-dən 22.45-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR