Bank Of Baku

Tiflisdə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilir

Tiflisdə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilir
# 04 dekabr 2008 09:27 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası işə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir Artur Rasizadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Tiflisə gəlib. Nümayəndə heyətində Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, təhsil naziri Misir Mərdanov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva təmsil olunurlar.
İclasda əsasən energetika, nəqliyyat sahəsində əməkdaşlıq, sərhəd-gömrük proseduraları, qış aylarında Azərbaycandan Gürcüstana elektrik enerjisinin ötürülməsi, ölkələr arasında ticarət dövriyyəsinin artırılması imkanları və s. məsələlər müzakirə olunur.
Qeyd edək ki, hökumətlərarası komissiyanın Gürcüstan tərəfdən həmsədri bu ölkənin baş naziri Qriqol Mqaloblişvilidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR