Bank Of Baku

Müxalifət partiyalarının Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiası təmin edilməyib

Müxalifət partiyalarının Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiası təmin edilməyib
# 04 dekabr 2008 13:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Səbail rayon Məhkəməsi Müxalifətin Əməkdaşlıq Mərkəzinə (MƏM) daxil olan partiyaların Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddianı təmin etməyib. Bu barədə APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, hakim Elnur Həsənovun sədrliyi ilə bu gün keçirilən iclasda məhkəmənin qərarı elan edilib. Məhkəmə müxalifət partiyalarının iddiasını əsassız hesab edib. A. Hacılı bildirib ki, rayon məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək.

Qeyd edək ki, MƏM-ə daxil olan partiyalar prezident seçkiləri ərəfəsində iki dəfə aksiya təyin etsə də, BŞİH aksiyanın onların göstərdiyi yerlərdə deyil, “Bibiheybət” stadionunda keçirilməsinə razılıq verib. Müxalifətçilər isə şəhər rəhbərliyinin təklif etdiyi stadionda mitinq keçirməkdən imtina edərək məhkəməyə müraciət edib.

MƏM-də Müsavat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal partiyaları və “Azərbaycan Naminə” ictimai Forum təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR