Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozub
# 05 dekabr 2008 07:13 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Düşmən bölmələri dekabrın 5-də saat 00.20-dən 00.25-dək Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 01.10-dan 01.30-dək, 02.00-dan 02.30-dək Tərtər rayonunun Çaylı, Seysulan, Qızıl Oba, Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, dekabrın 4-də saat 17.00-dan 17.50-dək, dekabrın 5-də 05.40-dan 05.45-dək isə Xocavənd rayonunun Kurapatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR