Bank Of Baku

Vladimir Jirinovskinin yanvarda Azərbaycana səfəri nəzərdə tutulur

Vladimir Jirinovskinin yanvarda Azərbaycana səfəri nəzərdə tutulur
# 05 dekabr 2008 14:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovskinin yanvar ayında Azərbaycana səfəri nəzərdə tutulur. Bu barədə APA-ya Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) mətbuat xidmətindən məlumat daxil olub. V. Jrinovskinin səfərinin məqsədi ALDP-nin 10 illik yubiley tədbirində iştirak etməkdir. Mətbuat xidmətinin məlumatına görə, yubiley tədbirinin geniş miqyasda keçirilməsi nəzərdə tutulur. Tədbirdə həmçinin Türkiyə, Ukrayna, Litva, Belorus, Böyük Britaniya və İsrail liberal-demokratlarının iştirakı planlaşdırılır.
Qeyd edək ki, ALDP 1998-ci ildə Azərbaycan Liberal Partiyasının rəhbərliyini tərk edən bir qrup şəxs tərəfindən təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR