Bank Of Baku

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
# 05 dekabr 2008 16:06 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. APA-nın xəbərinə görə, prezident təbrikində Qurban bayramının müsəlmanların Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmalarını, eyni zamanda, onların mənəvi-əxlaqi dəyərlərə sadiqliyini, humanizm və qardaşlıq duyğularını təcəssüm etdiyini vurğulayıb: “ Cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban mərasimləri hər il Azərbaycanda böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir. Dövlətimizin inkişafı, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunur, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad edilir. Əmin olduğumu bildirirəm ki, müqəddəs bayram günlərində edilən arzu və diləklər, xeyirxah niyyətlər gerçəkləşəcək, Ulu Tanrının mərhəməti xalqımızın və dövlətimizin üstündən əskik olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR