MTN Akademiyasının yaradılmasının 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib
Daha sonra yubiley mərasimi MTN Akademiyasında davam etdirilib. Təntənəli mərasimdə iştirak edən Prezidentin İcra Aparatının şöbə müdiri Fuad Ələsgərov, təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları və respublikanın ali təhsil ocaqlarının, o cümlədən hərbi tədris müəssisələrinin rektorları və rəisləri Akademiyanın “Şöhrət” muzeyində olublar. Qonaqlara Heydər Əliyevin fəaliyyətinə həsr edilmiş musiqili kompozisiya nümayiş etdirilib. Daha sonra milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov tərəfindən Akademiyanın xidmətdə və tədrisdə fərqlənən bir qrup əməkdaşına fəxri fərman, medal, döş nişanları və digər mükafatlar təqdim olunub.
Akademiyanın iclas zalında davam edən tədbirdə çıxış edən milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov iştirakçıları yubiley münasibətilə təbrik edib. O, 10 il ərzində akademiyanın maddi-texniki bazasının yaradılması, təlim və tədrisin təşkili sahəsində bir sıra işlər görüldüyünü bildirib. Nazir xüsusi təhsil ocağının fəaliyyətə başladığı ilk dövrlə müqayisədə bu gün vəziyyətin tamamilə dəyişdiyini vurğulayıb. O son illər burada böyük təmir və yenidənqurma işləri aparıldığını, təzə korpusların inşa edildiyini, akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir texnoloji vasitələrin tətbiqi istiqamətində işlər görüldüyünü bildirib. Akademiyada tədrisin xüsusi xidmət orqanlarına məxsus spesifiklik nəzərə alınmaqla qurulduğunu bildirən nazir, bu ali təhsil müəssisəsində xüsusi bilikləri mənimsəyən gənclərin əsl peşəkarlar kimi yetişməsi ilə yanaşı, onların Vətənə və xalqa sədaqət ruhunda tərbiyəsinə, dünyagörüşlərinin inkişafına xüsusi diqqət yetirildiyini bildirib. General-leytenant Eldar Mahmudov bildirib ki, milli təhlükəsizlik orqanlarının müasir tələblərə və çağırışlara uyğun təkmilləşməsi, yeniləşməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da uğurla davam etdiriləcək, müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyini təmin edəcək kadrların hazırlanması işinə müstəsna önəm veriləcək.
Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov akademiyanın şəxsi heyətini yubiley münasibətilə təbrik ediblər. Tədbirdə akademiyanın rəisi, general-leytenant Ziya Yusifzadə təhsil ocağında müasir standartlar səviyyəsində aparılan təhsil-tədris, təlim-tərbiyə, eləcə də kursantların mənəvi yetkinliyi və fiziki sağlamlığı istiqamətində görülən işlər barədə də geniş məruzə edib. Tədbirin sonunda MTN-nin Heydər Əliyev adına Akademiyasının şəxsi heyəti adından prezident İlham Əliyevə müraciəti qəbul olunub. Sonda Akademiyanın 10 illik yubileyi münasibətilə hazırlanmış “Şücaət və şöhrətin ünvanı” adlı sənədli film nümayiş olunub.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
ABŞ-ın İrana zərbəsi nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb - VİDEO
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
Konqoda Ebola xəstələri xəstəxanaya hücumdan sonra qaçıblar
Çin təlimlərdə 203 millimetrlik M110 haubitsalarından istifadə edib
Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələyə yüksəlib
İranda hava limanı raket zərbəsinə məruz qalıb
FT: Fedorovun vəzifədən uzaqlaşdırılması Ukrayna hakimiyyəti daxilində fikir ayrılıqlarını üzə çıxarıb
Ağ Ev: Tramp İsrailin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığını düşünür
Biləsuvarda zəncirvari qəza olub, bir nəfər ölüb
İranın Buşehr, Əhvaz və İranşəhr şəhərlərində partlayışlar baş verib
Niderlandda isti hava şəraiti səbəbindən su qıtlığı rejimi elan olunub
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Macarıstanda sabiq XİN başçısı Peter Siyartonun dövlətə xəyanət iddiaları üzrə araşdırma aparılır
CENTCOM: ABŞ İrana qarşı yeni zərbələr dalğasına başlayıb
Livitt: Trampın xalqa müraciəti seçkilərin təhlükəsizliyinə həsr olunacaq
Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib
Zelenski Hakan Fidanı ordenlə təltif edib
Ağ Ev: Vaşinqton və Tehran arasında danışıqlar davam edir
Ağ Ev: Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək
Polşa müharibəyə hazırlıq statusu ilə bağlı yeni qanun hazırlayır
Dubay hakimiyyəti partlayışlarla bağlı məlumatı təkzib edib - YENİLƏNİB
Britaniya və İsveç Ukraynaya 16 hərbi təyyarə alacaq
XİN: Odessa yaxınlığında vurulan gəminin azərbaycanlı kapitanının nəşi tapılıb
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilib - YENİLƏNİB
ABŞ Bəndər-Abbas yaxınlığındakı hədəflərə raket zərbələri endirib
Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Ramin Məmmədov: Bu gün Azərbaycanda dövlət-din siyasəti uğurla həyata keçirilir
Rəsmi Tehran: ABŞ bazalarının İrana qarşı istifadəsinə icazə verən ölkələr tam məsuliyyət daşıyacaq
Tehranda avtobus yeddi nəqliyyat vasitəsi ilə toqquşub, 6 nəfər xəsarət alıb
"Baku TV"nin direktoru: Dini savadlılıq bu gün üçün olduqca aktualdır
Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutulub
Altı ayda korrupsiya ilə bağlı 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Baş Prokurorluq: 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
APA TV-nin baş direktoru: Dini sabitliyin qorunmasında medianın rolu böyükdür
Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb
Tərtərdə minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər ölüb
ƏƏSMN-də Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirilib
Kiberpolis “TikTok”, “Instagram” və “Telegram”da süni intellektlə qadınları şantaj edən şəxsləri saxlayıb - VİDEO
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakıda prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Hindistanda dini festival zamanı izdihamda iki nəfər ölüb, 100-ə yaxın şəxs xəsarət alıb
Bakıda bu il cinayət işləri üzrə 6,4 milyon manatlıq ziyan ödətdirilib
Ukrayna Krımda Rusiyanın Su-24M bombardmançısını məhv edib
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
Kəlbəcərdə 5 gün əvvəl çayda batan azyaşlının meyiti tapılıb - YENİLƏNİB-1
“Reuters”: İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb
Azərbaycan-Fələstin münasibətləri: Prezidentin siyasəti İslam həmrəyliyinin praktik modelidir - RƏY