Bank Of Baku

Seçicilərin siyahısı MSK-nın saytında dərc edilib

Seçicilərin siyahısı MSK-nın saytında dərc edilib
# 11 fevral 2009 08:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ölkə üzrə bütün seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytına yerləşdirilib. MSK-nın nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, yanvar ayı ərzində dəqiqləşdirmələr aparıldıqdan sonra siyahı qurumda təsdiqlənib. Artıq seçicilər MSK-nın saytına (www.msk.gov.az, www.infocenter.gov.az) daxil olaraq öz adlarını tapa bilərlər. Seçici siyahısında öz adını tapmayan şəxslər həm MSK-nın “qaynar xətt”i, həm də internet “qaynar xətt”i ilə quruma müraciət edə bilərlər.

Seçici siyahıları həmçinin çap formasında məntəqə seçki komissiyalarına paylanıb və MSK-nın təqvim planına uyğun olaraq bu gündən aşağı seçki komissiyaları həmin siyahıları öz divarlarından asmalıdırlar. Seçicilər 35 gün müddətində məntəqə seçki komissiyalarına gedərək siyahılarda adlarının olub-olmadığını yoxlaya bilərlər.

Qeyd edək ki, sonuncu dəqiqləşdirməyə görə, ölkə üzrə 4 milyon 804 min nəfər seçici var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR