Bank Of Baku

MSK “Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” Təşəbbüs qruplarını Təşviqat qrupu kimi qeydə alacaq

MSK “Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” Təşəbbüs qruplarını Təşviqat qrupu kimi qeydə alacaq
# 11 fevral 2009 10:14 (UTC +04:00)
Bu barədə APA-ya “Qarabağ və Respublika Uğrunda” Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, seçici imzalarını yoxlayan MSK-nın İşçi qrupunun yekun protokolunu əldə ediblər. Protokola görə, hər iki Təşəbbüs qrupunun topladığı seçici imzaların 40 mindən çoxu etibarlı sayılıb.

MSK-nın işçi qrupundan da APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hər iki Təşəbbüs qrupunun qeydə alınması üçün əsaslar var. “Milli İstiqlal” və “Azərbaycan Xalq Cümhuriyyəti” Təşəbbüs qrupunun topladığı etibarlı imzaların sayı isə 40 mindən az olduğu üçün onlar Təşviqat qrupu kimi qeydə alınmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR