Bank Of Baku

Müxalifət partiyalarının növbəti toplantısı keçirilib

Müxalifət partiyalarının növbəti toplantısı keçirilib
# 11 fevral 2009 12:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün müxalifət düşərgəsini təmsil edən siyasi partiyaların növbəti toplantısı keçirilib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, toplantıda Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan Müsavat, Xalq Cəbhəsi, Ümid, Liberal, Vətəndaş və İnkişaf, Demokrat, həmçinin Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Klassik Xalq Cəbhəsi, Xalq, Milli Demokrat və Böyük Azərbaycan partiyalarının rəhbərləri iştirak edib. S. Cəlaloğlu deyib ki, yığıncaqda “Qarabağ və Respublika Uğrunda”, “Respublikaçılar” və “Azərbaycan Xalq Cümhuriyyəti” təşəbbüs qruplarının əməkdaşlığı müzakirə edilib: “Müzakirələr zamanı məlum oldu ki, Demokratiya Uğrunda İttifaqda əməkdaşlıqla bağlı iki ideya var. Bunlardan biri sərt qarşılıqlı öhdəliklər əsasında əməkdaşlıq, digəri ümumi əməkdaşlığın olması və hər hansı öhdəliklərin götürülməməsidir. Milli Demokrat Partiyası hərəkatla öhdəliklər daxilində əməkdaşlığın tərəfdarı olduğunu bildirdi. Digər 3 partiya - Xalq, Klassik Xalq Cəbhəsi və Böyük Azərbaycan partiyaları isə bu məsələni müzakirəyə çıxararaq konkret qərar qəbul edəcəklərini söylədilər”. S. Cəlaloğlu bildirib ki, “Milli İstiqlal” təşəbbüs qrupu dəvət edilsə də, toplantıya qatılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR