Bank Of Baku

MSK “Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” təşəbbüs qruplarını təşviqat qrupu kimi qeydə alıb - YENİLƏNİB

MSK “Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” təşəbbüs qruplarını təşviqat qrupu kimi qeydə alıb - <font color=red>YENİLƏNİB</font>
# 11 fevral 2009 13:54 (UTC +04:00)
APA-nın məlumatına görə, qurumun bu gün keçirilən iclasında MSK katibi Natiq Məmmədov bildirib ki, “Qarabağ və Respublika Uğrunda” təşəbbüs qrupu 42 min 11 seçici imzası təqdim edib. MSK-nın işçi qrupu imzaların yoxlanılması zamanı 40 min 430 imzanı etibarlı, 1581 imzanı etibarsız hesab edib. “Respublikaçılar” təşəbbüs qrupunun isə MSK-ya 41 min 77 seçici imzası təqdim etdiyini bildirən N. Məmmədov 40 min 337 imzanın etibarlı, 740 imzanın etibarsız hesab olunduğunu qeyd edib. MSK katibi bu təşəbbüs qruplarının təşviqat qrupu kimi qeydə alınmasına əsas olduğunu qeyd edib. Komissiya üzvləri adıçəkilən qurumların təşviqat qrupu kimi qeydə alınmasına yekdilliklə səs veriblər.

N. Məmmədov “Azərbaycan Xalq Cümhuriyyəti” təşəbbüs qrupunun MSK-ya 43490 seçici imzası təqdim etdiyini, onların 11 mininin yoxlandığını qeyd edib. 11 min imzanın isə 7300-ü etibarsız hesab olunduğundan yerdə qalan imzalar yoxlanılmayıb. N. Məmmədov bildirib ki, etibarsız hesab olunan imzalar əsasən seçki hüququ olmayan şəxslər və müxtəlif şəxslər adından bir şəxsin imza atması və həmçinin məlumatların düzgün göstərilməməsi ilə əlaqədardır. “Milli İstiqlal” təşəbbüs qrupu isə MSK-ya 40 min 80 seçici imzası təqdim edib. İşçi qrupu 5650 imzanı yoxlayıb ki, bunun da 3617-si etibarsız hesab olunub. N. Məmmədov adıçəkilən qurumların təşviqat qrupu kimi qeydə alınmasının mümkünsüz olduğunu qeyd edib.

İclasda iştirak edən “Azərbaycan Xalq Cümhuriyyəti” Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Bəybala Əbil çıxış edərək bildirib ki, etibarsız hesab olunan 7300 imzanın 3300 məhz şəxsiyyət vəsiqəsinin nömrəsindəki “AZE” sözünün yazılmaması ilə bağlıdır. O bunu texniki səhv adlandırıb olduğunu bildirib və təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınmasını xahiş edib. İşçi qrupun rəhbəri İlham Məmmədov isə imzaların doldurulması qaydalarının müəyyənləşdiyini və burada texniki problemlərə görə hər hansı güzəştin edilməsi ilə bağlı müddəanın olmadığını bildirib. MSK adıçəkilən təşəbbüs qruplarını təşviqat qrupu kimi qeydə almaqdan imtina ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR