Bank Of Baku

MSK referendumla bağlı ümumilikdə 9 təşviqat qrupunu qeydə alıb

MSK referendumla bağlı ümumilikdə 9 təşviqat qrupunu qeydə alıb
# 11 fevral 2009 14:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendumda 9 təşviqat qrupu rəsmi təbliğat-təşviqat kampaniyası apara biləcək. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, bu gündən təşviqat qruplarının qeydiyyata alınması mərhələsi başa çatıb və fevralın 19-dan təbliğat-təşviqat kampaniyası başlayacaq. Kampaniyada “Yeni Azərbaycan”, “Tərəqqi”, “Zəka”, “Şəhər”, “Davamlı İnkişaf Naminə”, “Vətəndaş Cəmiyyəti”, “Hüquq və Demokratiya”, “Qarabağ və Respublika Uğrunda”, “Respublikaçılar” rəsmi təbliğat apara biləcək.

Qeyd edək ki, referendumda təşviqat qrupu kimi qeydə alınmaq üçün MSK-ya 14 təşəbbüs qrupu müraciət edib. Onlardan biri – “Demokratik Azərbaycan Dünyası” təşəbbüs qrupu imza vərəqələrini MSK-ya qaytarmayıb. “Abad kənd”, “Azad söz”, “Milli İstiqlal” və “Azərbaycan Xalq Cümhuriyyəti” təşəbbüs qruplarının topladıqları etibarlı imzaların sayı 40 mindən az olduğu üçün onlar təşviqat qrupu kimi MSK-da qeydə alınmayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR