Bank Of Baku

Azərbaycan prezidenti general Rail Rzayevin qətlə yetirilməsi ilə bağlı müşavirə keçirib – YENİLƏNİB

Azərbaycan prezidenti general Rail Rzayevin qətlə yetirilməsi ilə bağlı müşavirə keçirib – <font color=red>YENİLƏNİB</font>
# 11 fevral 2009 17:07 (UTC +04:00)
APA-nın məlumatına görə, müşavirədə daxili işlər naziri Ramil Usubov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Respublika Hərbi Prokuror Xanlar Vəliyev, Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov və Azərbaycan Silahlı Qüvvələrinin baş qərargah rəisi Nəcməddin Sadıqov iştirak ediblər.

Prezident İlham Əliyev müşavirədə çıxış edərək, bu qanlı cinayəti pislədiyini bildirib: “Bu cinayəti törədənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bilirəm ki, artıq istintaq qrupu yaradılıb. İşlər gedir, ilkin məlumatlar var. Azərbaycan dövlətinin imkanları genişdir. Dövlətçiliyə və əhaliyə qarşı yönələn hər bir cinayət əməlini törədənlər qanun qarşısında cavab verməlidirlər və verəcəklər”.

Prezident müşavirədə qətli törədənlərin və sifarişçilərin tapılaraq, cəzalandırılması ilə bağlı göstəriş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR