Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 12 fevral 2009 08:15 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 11-də saat 12.40-dan 12.50-dək və 17.17-dən 17.40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex, Ayqedzor kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli, Muncuqlu kəndlərində yerləşən mövqelərini, saat 12.20-dən 12.30-dək və 20.10-dan 20.30-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.00-dan 22.05-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR