Bank Of Baku

AMİP Qarabağ və Respublika Uğrunda Hərəkatın növbəti müraciətinə də mənfi cavab verib

AMİP Qarabağ və Respublika Uğrunda Hərəkatın növbəti müraciətinə də mənfi cavab verib
# 12 fevral 2009 09:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Qarabağ və Respublika Uğrunda Hərəkatın referendum ərəfəsində birgə fəaliyyətlə bağlı növbəti müraciətinə də mənfi cavab verib. APA-nın məlumatına görə, hərəkata daxil olan partiyaların və Demokratiya Uğrunda İttifaqın birgə müzakirələrinə AMİP qatılmayıb. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov bildirib ki, bu məsələ partiyanın Siyasi Şurasında müzakirə olunmayıb: “Biz görüntü xatirinə hər hansı birlikdə olmaq istəmirik. Konkret sahələr üzrə əməkdaşlığın tərəfdarıyıq”. Ə. Orucov müxalifətdaxili birliklərdə təmsil olunmağa ehtiyatla yanaşdıqlarını söyləyib: “Çünki dəfələrlə belə birliklərdə təmsil olunmuşuq, amma sonradan bu birliklərin daxilində qarşıdurmalar yaranıb, ittihamlar başlayıb. Ona görə də belə məsələlərə diqqətlə yanaşmaq daha yaxşıdır”. Ə. Orucov yaxın günlərdə Siyasi Şuranın iclasının keçiriləcəyini və məsələ ilə bağlı yekun qərarın qəbul olunacağını deyib.

Partiyanın yaratdığı “Milli İstiqlal” təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınmamasına gəldikdə, Ə. Orucov bu qərarın bir sıra məqamları ortaya çıxardığını vurğulayıb: “Bizi hakimiyyətə yaxınlıqda ittiham edənlərin fikirlərinin əsassız olduğu ortaya çıxdı. Onların məntiqi ilə düşünsək, o zaman müxalifəti təmsil edib qeydə alınan təşəbbüs qruplarının hakimiyyətə yaxın olduğunu söyləməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR