Bank Of Baku

Britaniyalı diplomat Sərdar Cəlaloğlu ilə görüşüb

Britaniyalı diplomat Sərdar Cəlaloğlu ilə görüşüb
# 12 fevral 2009 09:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin 2-ci katibi Katrin Klevl Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə görüşüb. ADP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partiyanın mərkəzi qərargahında keçirilən və tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, iki ölkənin dostluq və əməkdaşlıq zəminində qurulan münasibətlərinin daha da inkişaf etdirilməsi və İngiltərə-Azərbaycan əlaqələrinin perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR