Bank Of Baku

“Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” təşviqat qruplarının vahid qərargahı yaradılıb

“Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” təşviqat qruplarının vahid qərargahı yaradılıb
# 12 fevral 2009 11:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Qarabağ və Respublika Uğrunda Hərəkatın növbəti toplantısı keçirilib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, toplantıda Demokratiya Uğrunda İttifaqda təmsil olunan Milli Demokrat Partiyasının rəhbərliyi də iştirak edib. İclasda referendumla bağlı təbliğat-təşviqat kampaniyası mövzusunda müzakirələr aparılıb. S. Cəlaloğlu bildirib ki, iclasda hərəkatın qeydə alınmış “Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” təşviqat qruplarının vahid qərargahının yaradılması qərara alınıb və qərargahın tərkibi formalaşdırılıb. ADP sədri təbliğat-təşviqat kampaniyasında qanunun imkan verdiyi bütün vasitələrdən istifadə edəcəklərini söyləyib. Toplantıda həmçinin DUİ-dəki digər partiyalar və Azərbaycan Milli İstiqlal Partiyası ilə müzakirələrin davam etdirilməsi, onların hərəkatla vahid mövqedən çıxış etməsinə nail olmaq üçün cəhdlərin davam etdirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR