Bank Of Baku

“Davamlı İnkişaf Naminə” təşviqat qrupunun iclası keçirilib

“Davamlı İnkişaf Naminə” təşviqat qrupunun iclası keçirilib
# 12 fevral 2009 14:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Martın 18-də keçiriləcək referendumla bağlı yaradılmış “Davamlı İnkişaf Naminə” təşviqat qrupunun iclası keçirilib. APA-nın məlumatına görə, iclasda təbliğat-təşviqat kampaniyasında iştirak məsələləri müzakirə edilib. Qrupun 25 ictimai vəkili, 25 səlahiyyətli nümayəndəsi seçilib, Mərkəzi Seçki Komissiyasındakı və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri müəyyənləşib. Toplantıda kampaniya dövründə seçicilərlə mütəmadi görüşlərin keçirilməsi, referenduma çıxarılan əlavə və dəyişikliklərin izah edilməsinin vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR