Bank Of Baku

Referendumla bağlı pulsuz efir vaxtından istifadədə ardıcıllığın müəyyənləşməsi üçün püşkatma keçiriləcək

Referendumla bağlı pulsuz efir vaxtından istifadədə ardıcıllığın müəyyənləşməsi üçün püşkatma keçiriləcək
# 12 fevral 2009 15:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı pulsuz efir vaxtından istifadədə ardıcıllığın müəyyənləşməsi üçün təşviqat qrupları arasında püşkatma keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, təbliğat-təşviqat kampaniyası zamanı İctimai televiziyanın və radionun efirində təşviqat üçün həftədə ən azı 3 saat vaxt ayrılacaq. Təşviqat üçün ayrılmış vaxt dəyirmi masaya həsr olunacaq. Dəyirmi masa ətrafında Təşviqat qrupunun nümayəndələrinin əyləşməsi, çıxışların ardıcıllığı püşkatma yolu ilə müəyyənləşəcək. A. Sarıyev fevralın 18-nə kimi MSK-da püşkatmanın təşkil olunacağını bildirib.

Həmçinin, dövlət büdcəsindən maliyyələşən qəzetlərdə – “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Bakınsky Raboçiy” qəzetlərində də təşviqat qrupları pulsuz təbliğat apara biləcəklər. Qəzetlərdəki çıxışlar da püşkatma yolu ilə müəyyənləşəcək. Qeyd edək ki, referendumda 9 təşviqat qrupu təbliğat-təşviqat apara biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR