Bank Of Baku

Referendumu izləmək üçün seçki komissiyalarına 2580 nəfər müraciət edib

Referendumu izləmək üçün seçki komissiyalarına 2580 nəfər müraciət edib
# 12 fevral 2009 15:30 (UTC +04:00)
Bakı. Elnur Məmməli – APA. Martın 18-də keçiriləcək referendumu izləmək üçün seçki komissiyalarına bu günə qədər 2580 nəfər müraciət edib. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) hüquq şöbəsindən məlumat verilib. Müraciətlərin 354-ü MSK-ya, 2226-sı isə dairə seçki komissiyalarına ünvanlanıb. Müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün qalanadək davam edəcək. MSK-ya müraciət etmiş şəxslər istənilən seçki dairəsində, DSK-lara müraciət edənlər isə müraciət etdikləri seçki dairəsinin ərazisindəki seçki məntəqələrində müşahidə aparmaq hüququna malik olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR