Bank Of Baku

Prezident İlham Əliyev: “Azərbaycanın neftdən asılılığını minimuma endirmək zəruridir”

Prezident İlham Əliyev: “Azərbaycanın neftdən asılılığını minimuma endirmək zəruridir”
# 13 fevral 2009 08:53 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev “İTAR-TASS” agentliyinə müsahibəsində söyləyib. Prezident bildirib ki, neft çoxlu gəlirlər gətirir və ölkəyə kapital axınına səbəb olur, amma yeni iş yerlərinin yaranmasına az təsir göstərir: “Azərbaycanın neft-qaz resurslarının effektiv idarə olunması, enerji daşıyıcılarının nəqlinin müxtəlifləşdirilməsi, enerji təhlükəsizliyinin təmin olunması məsələlərinə böyük diqqət ayırması təbiidir. Biz planlaşdırdığımız hər şeyə nail olmuşuq, bununla belə qarşımızdakı prioritet məsələlərdən biri neft faktorundan asılılığı azaltmaq idi. Hesab edirəm ki, bu istiqamətdə də böyük uğurlara nail olmuşuq, çünki Azərbaycanda qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunun inkişaf sürətindən az deyil. Son beş il ərzində Azərbaycanda 766 min yeni iş yeri yaradılıb, onlardan 550 mini daimi iş yerləridir. Bütün regionlarda çox güclü infrastruktur yaradılıb. Son beş ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə düşüb. Bütün bunlar ölkəmizdə həyata keçirilən sosial proqramların və iqtisadi islahatların effektli olmasından xəbər verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR