Bank Of Baku

“Azərbaycan Xalq Cümhuriyyəti” Təşəbbüs qrupunun MSK-nın qərarından verdiyi apellyasiya şikayətinə fevralın 16-da baxılacaq

“Azərbaycan Xalq Cümhuriyyəti” Təşəbbüs qrupunun MSK-nın qərarından verdiyi apellyasiya şikayətinə fevralın 16-da baxılacaq
# 13 fevral 2009 10:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Xalq Cümhuriyyəti” Təşəbbüs qrupunun Mərkəzi Seçki Komissiyasının (MSK) qrupun Təşviqat qrupu kimi qeydə alınmaması ilə bağlı qərarından apellyasiya şikayəti icraata götürülüb. Qrupun səlahiyyətli nümayəndəsi, millət vəkili Pənah Hüseynin APA-ya verdiyi məlumata görə, apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dadaşovun sədrliyi ilə fevralın 16-da keçiriləcək iclasda baxılacaq. Təşəbbüs qrupu məhkəməyə müraciətində MSK-nın qərarının ləğv olunmasını və Təşviqat qrupu kimi qeydə alınmalarını xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR