Bank Of Baku

Demokratiya Uğrunda İttifaq Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olmayacaq

Demokratiya Uğrunda İttifaq Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olmayacaq
# 13 fevral 2009 10:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaq (DUİ) Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olmayacaq. Bu barədə APA-ya DUİ-də təmsil olunan Xalq Partiyasının üzvü, millət vəkili Pənah Hüseyn məlumat verib. Onun sözlərinə görə, tərəflər arasında aparılan müzakirələr nəticəsində referendum ərəfəsində əməkdaşlıq barədə razılıq əldə edilib: “Referendumla bağlı hansı təşviqat qrupu qeydə alınıbsa, həmin təşviqat qrupları daxilində birgə fəaliyyət həyata keçiriləcək. Partiyalar həm birlikdə, həm müstəqil qərarlar qəbul edə və onu həyata keçirə bilərlər. Bizə hərəkata daxil olmaq barədə müraciət gəlməyib və DUİ-nin də hərəkata daxil olmaq qərarı yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR