Bank Of Baku

Akif Şahbazov: “ACP üzvlərinin referendumda dəyişikliklərin əleyhinə səs verməsi barədə heç bir qərar yoxdur”

Akif Şahbazov: “ACP üzvlərinin referendumda  dəyişikliklərin əleyhinə səs verməsi barədə heç bir qərar yoxdur”
# 13 fevral 2009 11:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyası (ACP) martın 18-də keçiriləcək referenduma çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təklifləri dəstəkləmir. Bunu APA-ya açıqlamasında ACP sədri Akif Şahbazov deyib. Onun sözlərinə görə, referendumun bu şəkildə tələsik qaydada keçirilməsi məqsədəuyğun deyil: “Hesab edirik ki, idarəetmə orqanlarında hər hansı dəyişiklik olsaydı, bu məsələyə başqa cür baxmaq olardı. Bizim tərəfimizdən bu dəyişikliklər məqbul sayılmır”. A. Şahbazov partiyanın belə bir mövqedə olmasına baxmayaraq, ACP üzvlərinin referendumda iştirak və səsvermə məsələsində sərbəst olacaqlarını qeyd edib: “Biz partiya üzvlərinin referendumda dəyişikliklərin əleyhinə səs verməklə bağlı hər hansı qərar qəbul etməmişik”.

ACP-nin müxalifətin yaratdığı birlikdə təmsil olunmamasınan səbəblərinə gəldikdə, A. Şahbazov bildirib ki, onlar dəfələrlə koalisiya yaradan partiyalarla bir yerdə olublar: “Amma müəyyən məqamlarda şəxsi maraqlar daha önə çıxıb və mübarizə axıra qədər davam etdirilməyib. Ona görə də bu məsələlərdə ehtiyatlı davranırıq. İndiki halda həmin partiyalarla bir yerdə fəaliyyət göstərməyi məqsədəuyğun saymırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR