Bank Of Baku

AMİP referendumla bağlı Qarabağ və Respublika Uğrunda Hərəkatla əməkdaşlıq etmək məsələsini yenidən müzakirə edəcək

AMİP referendumla bağlı Qarabağ və Respublika Uğrunda Hərəkatla əməkdaşlıq etmək məsələsini yenidən müzakirə edəcək
# 13 fevral 2009 12:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) referendumla əlaqədar Qarabağ və Respublika Uğrunda Hərəkatla əməkdaşlıq etmək məsələsini sabah sonuncu dəfə müzakirə edəcək. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, hərəkat rəhbərliyi əməkdaşlıqla bağlı yenidən AMİP-ə müraciət ünvanlayıb. Siyasi Şuranın iclasında hərəkatın müraciətinə rəsmi cavab veriləcək.

İclasda həmçinin, “Milli İstiqlal” еəşəbbüs qrupunun еəşviqat qrupu kimi qeydə alınmaması barədə Mərkəzi Seçki Komissiyasının qərarı müzakirə ediləcək və növbəti addımlar müəyyənləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR