Bank Of Baku

Ədalət Partiyası Qoran Lenmarkerin fikirlərinə etiraz edib

Ədalət Partiyası Qoran Lenmarkerin fikirlərinə etiraz edib
# 13 fevral 2009 12:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ədalət Partiyası ATƏT Parlament Assambleyası prezidentinin xüsusi nümayəndəsi Qoran Lenmarkerin Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi prinsipləri arasında balans tapılmaqla həlli barədə fikirlərinə etiraz edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda Q. Lenmarkerin fikirləri terrorçu-separatçılara açıq dəstək kimi qiymətləndirilib. Ədalət Partiyası hesab edir ki, millətlərin öz müqəddəratını təyin etməsi prinsipi Dağlıq Qarabağda yaşayan ermənilərə şamil edilə bilməz: “Erməni xalqı bu hüquqdan istifadə edərək özünə Ermənistan dövləti yaradıb. Dağlıq Qarabağda yaşayan ermənilər isə ayrıca bir xalq yox, erməni millətinə mənsub Azərbaycan vətəndaşlarıdır. Bu faktları bir kənara qoyan Q. Lenmarkerin yenidən xalqların öz müqəddəratını təyinetmə prinsipindən danışması erməni terrorçu-separatçılarına aşkar dəstək olmaqla, beynəlxalq təşkilatların münaqişənin həllində tutduqları ədalətsiz mövqenin növbəti təzahürü kimi qiymətlənməlidir”. Ədalət Partiyası bəyan edib ki, ermənilərə növbəti dəfə öz müqəddəratını təyinetmə hüququ verilsə, bu, dünyada separatizmi daha da gücləndirər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR