Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkat referendumla bağlı kütləvi aksiyalar keçəcək

Qarabağ və Respublika Uğrunda Hərəkat referendumla bağlı kütləvi aksiyalar keçəcək
# 13 fevral 2009 13:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ və Respublika Uğrunda Hərəkat referendumla bağlı təbliğat-təşviqat kampaniyası dövründə ölkənin müxtəlif regionlarında kütləvi aksiyaların keçirilməsi barədə qərar qəbul edib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, bu qərar hərəkatın işçi qrupunun bu gün keçirdiyi toplantıda qəbul edilib. A. Hacılının sözlərinə görə, 7-8 regionda kütləvi aksiyalar, paytaxtda ümumrespublika mitinqlərinin keçirilməsi nəzərdə tutulur: “Hazırda biz yerli strukturlarla araşdırmalar aparır, imkanları dəyərləndiririk. Kampaniyaya start veriləndə bu işə başlayacağıq”. Hələlik keçiriləcək aksiyaların tarixinin müəyyən edilmədiyini deyən A. Hacılı birinci mərhələdə kütləvi tədbirlərin regionlarda olacağını qeyd edib.

Paytaxtda keçiriləcək aksiyaların yerinə gəldikdə, A. Hacılı bildirib ki, mitinqlərin şəhərin mərkəzi meydanlarında keçirilməsi məqsədəuyğun və vacibdir: “Çünki referendum kifayət qədər ciddi məsələdir və referendumun mahiyyəti barədə ictimaiyyət kifayət qədər geniş məlumatlandırılmayıb. Kampaniyanın dövrü də qısadır - cəmi 28 gün. Ona görə də şəhərin mərkəzində aksiyaların keçirilməsinin daha əhəmiyyətli ola bilər. Amma hələlik bu barədə konkret qərarlarımız yoxdur”.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti seçki və referendumlar dövründə kütləvi aksiyaların keçirilməsi üçün paytaxtın 11 rayonunda 11 yer müəyyənləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR