Bank Of Baku

Prezident İlham Əliyev “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə fərman imzalayıb

Prezident İlham Əliyev “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə fərman imzalayıb
# 13 fevral 2009 16:34 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə fərman imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Fərmanla müəyyən edilir ki, nəqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti aşağıdakı icra hakimiyyəti orqanları həyata keçirsinlər:
1.1. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanının Cədvəl 1-in 1-9-cu bəndlərinə münasibətdə - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
1.2. həmin Cədvəlin 10-16-cı bəndlərinə münasibətdə - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
1.3. gecə vaxtı saat 23-dən səhər saat 6-dək həmin Cədvəlin 1-16-cı bəndlərinə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.
2. Bu Fərmanın 1.1-1.3-cü bəndlərinə müvafiq olaraq binalarda (mənzillərdə), idarə, müəssisə və obyektlərin daxilində hüquqi və ya fiziki şəxsin müraciəti əsasında yalnız müraciət edənin binasında (mənzilində), idarə, müəssisə və obyektinin daxilində qanunvericiliyin tələbləri nəzərə alınmaqla vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsi müəyyən edilir.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR