Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti VHP-yə İran səfirliyi qarşısında piket keçirməyə icazə verməyib

Bakı şəhər İcra Hakimiyyəti VHP-yə İran səfirliyi qarşısında piket keçirməyə icazə verməyib
# 16 fevral 2009 11:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bakı şəhər İcra Hakimiyyəti Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının fevralın 17-nə İranın Azərbaycandakı səfirliyinin binası qarşısında planlaşdırdığı piketlə bağlı məktubuna cavab verib.
VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxt rəhbərliyi İranın “Səhər” telekanalının Azərbaycan dilində yayımlanan “Kompas” verilişində Azərbaycan dövlətçiliyinə və VHP sədri Sabir Rüstəmxanlıya qarşı aparılan təbliğat kampaniyasına etiraz məqsədilə aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. Bakı şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə partiyaya daxil olan məktubda bildirilib ki, partiyanın mövqeyini sivil qaydada kütləvi informasiya vasitələri ilə bildirməsi daha faydalı olar.
Məlumata görə, VHP Gənclər Təşkilatı Bakı şəhər İcra Hakimiyyətinin bu məktubunu Konstitusiyaya və qanunlara zidd hesab edir: “Biz Konstitusiyanı rəhbər tutaraq, Bakı şəhər İcra Hakimiyyətinə aksiya barədə xəbərdarlıq məktubu göndərmişik – meriyanın aksiyaya icazə verməmək hüququ yoxdur”.
Partiya funksioneri Samir Əsədli isə APA-ya açıqlamasında aksiyanı keçirməkdə israrlı olduqlarını söyləyib: “Aksiya fevralın 17-də keçirilməsə də, növbəti günlərdə piket baş tutacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR