Bank Of Baku

AMİP referendumla bağlı tədbirlər planı hazırlayır

AMİP referendumla bağlı tədbirlər planı hazırlayır
# 16 fevral 2009 12:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) martın 18-nə təyin olunmuş referendumla bağlı tədbirlər planı hazırlayır. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov bildirib ki, AMİP-in yaratdığı təşəbbüs qrupu təşviqat qrupu kimi qeydə alınmadığından təbliğat kampaniyasını dar çərçivədə aparmağa məcbur olacaqlar. O, partiyanın referendumda rəsmi iştirak hüququ olmadığından yalnız vətəndaş qismində təbliğat aparacaqlarını deyib. Ə. Orucov AMİP-in Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hamısının əleyhinə olmadığını söyləyib: “Bu təkliflərin əksəriyyəti insan hüquq və azadlıqlarının genişləndirilməsi ilə bağlıdır və biz həmin təklifləri dəstəkləyəcəyik”. Partiya katibi AMİP-in yalnız bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı təklifin əleyhinə olduğunu vurğulayıb.

AMİP-in Qarabağ və Respublika Uğrunda Hərəkata qoşulmaqdan imtinasının səbəblərinə gəldikdə isə, Ə. Orucov bildirib ki, buna hərəkatdakı bir sıra qüvvələrin qeyri-səmimiliyi səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR