Bank Of Baku

“Azərbaycan Xalq Cümhuriyyəti”nin apellyasiya şikayəti təmin olunmayıb

“Azərbaycan Xalq Cümhuriyyəti”nin apellyasiya şikayəti təmin olunmayıb
# 16 fevral 2009 14:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Xalq Cümhuriyyəti” təşəbbüs qrupunun Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşviqat qrupu kimi qeydə alınmaması ilə bağlı qərardan verdiyi apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsindən APA-ya verilən məlumata görə, hakim İlqar Dadaşovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təşəbbüs qrupunun iddiası təmin olunmayıb. Qrupun səlahiyyətli nümayəndəsi, millət vəkili Pənah Hüseyn bildirib ki, məhkəmənin qətnaməsini aldıqdan sonra Ali Məhkəməyə kasasiya şikayəti veriləcək: “Biz MSK-nın etibarsız saydığı imzaların məhkəməyə gətirilməsi barədə vəsatət qaldırsaq da, məhkəmə bunu təmin etmədi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR