Bank Of Baku

Təşviqat qruplarına dövlət büdcəsindən 207 min manat ayrılıb

Təşviqat qruplarına dövlət büdcəsindən 207 min manat ayrılıb
# 16 fevral 2009 14:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Martın 18-də keçiriləcək referendumda iştirak edən təşviqat qruplarına təbliğat-təşviqat kampaniyası üçün dövlət büdcəsindən ümumilikdə 207 min manat ayrılıb. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) maliyyə şöbəsindən məlumat verilib. Kampaniya üçün 9 təşviqat qrupunun hər birinə 23 min manat veriləcək. Yaxın günlərdə həmin vəsait təşviqat qruplarının hesabına köçürüləcək.

Qeyd edək ki, seçkilərdən fərqli olaraq referendumda dövlət büdcəsindən alınmış maliyyə vəsaitinin geri qaytarılması nəzərdə tutulmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR