Bank Of Baku

MSK Püşkatma Komissiyası yaradıb

MSK Püşkatma Komissiyası yaradıb
# 16 fevral 2009 14:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, iclasda bu il martın 18-ə təyin olunmuş referendumda iştirak edəcək təşviqat qruplarına ayrılan pulsuz efir vaxtının bölgüsünün həyata keçirilməsi üçün Püşkatma Komissiyası yaradılıb. Komissiyaya MSK üzvləri Azər Tağıyev, Fuad Cavadov, Almas Qəhrəmanlı, MSK-nın şöbə müdirləri İradə Cavadova və Azər Sarıyev daxil edilib. Efir vaxtının bölgüsü üçün fevralın 18-də püşkatma keçiriləcək.

İclasda “Hüquq və Demokratiya”, “Şəhər”, “Tərəqqi”, “Vətəndaş cəmiyyəti” və “Davamlı İnkişaf Naminə” təşviqat qruplarının MSK-da məşvərətçi səs hüquqlu komissiya üzvləri, səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxslərinin siyahısı təsdiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR