Bank Of Baku

Referendumda istifadə ediləcək seçki bülletenlərinin bir hissəsi çap edilib

Referendumda istifadə ediləcək seçki bülletenlərinin bir hissəsi çap edilib
# 16 fevral 2009 15:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Martın 18-də keçiriləcək referendumda istifadə ediləcək seçki bülletenlərinin bir hissəsi çap edilib. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, sabah xarici ölkələrdə yaradılan seçki məntəqələri üçün bülletenlər göndəriləcək. Bülletenlər xüsusi mühafizə altında Xarici İşlər Nazirliyini təmsilçilərinə təhvil veriləcək, onlar isə öz növbələrində müvafiq seçki məntəqələrinə çatdıracaqlar.

M. Pənahov bülletenlərin çapı başa çatdıqdan sonra onların ölkə daxilindəki seçki komissiyalarına göndəriləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR