Bank Of Baku

Sabir Rüstəmxanlı: “Azərbaycanda indiki şəraitin yaranmasında bir az da müxalifət günahkardır”

Sabir Rüstəmxanlı: “Azərbaycanda indiki şəraitin yaranmasında bir az da müxalifət günahkardır”
# 17 fevral 2009 11:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Mən müxalifətin birliyinə qoşulacağımla bağlı bəyanat vermişəm. Biz bunda maraqlıyıq. Sadəcə, bəyanatı verdikdən sonra xarici səfərlərdə olduğumdan toplantılara qatıla bilməmişəm”. APA-nın məlumatına görə, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. Azərbaycana qayıtdıqdan sonra Qarabağ və Respublika Uğrunda Hərəkatın toplantısına dəvət aldığını bildirən S. Rüstəmxanlı həmin gün Bəxtiyar Vahabzadənin dəfnində olduğundan iclasa qatıla bilmədiyini söyləyib: “Əslində bu toplantılarda iştirak edib-etməmək vacib deyil. Əsas məsələ mövqe birliyidir. Azərbaycanda indiki şəraitin yaranmasında bir az da müxalifət günahkardır. Ona görə də psixoloji sədləri keçib yaxınlaşmaq çox çətindir. Amma millətin ümumi problemləri naminə birlikdən imtina etmirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR