Bank Of Baku

Referendum zamanı xarici ölkələrdə səs verəcək Azərbaycan vətəndaşları üçün seçki bülletenləri göndərilib

Referendum zamanı xarici ölkələrdə səs verəcək Azərbaycan vətəndaşları üçün seçki bülletenləri göndərilib
# 17 fevral 2009 12:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Martın 18-də keçiriləcək referendum zamanı xarici ölkələrdə səs verəcək Azərbaycan vətəndaşları üçün seçki bülletenləri göndərilib. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bülletenlər xarici ölkələrdə yaradılan seçki məntəqələrinə Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən çatdırılacaq. MSK xaricə göndərilməsi nəzərdə tutulan bülletenlərini bu gün XİN-in əməkdaşlarına təqdim edib, onlar isə öz növbəsində səsverməyə 10 gün qalana kimi bülletenləri həmin seçki məntəqələrinə çatdıracaqlar.

Qeyd edək ki, referendumla bağlı Azərbaycanın xarici ölkələrindəki nümayəndəliklərində ümumilikdə 35 seçki məntəqəsi yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR