Bank Of Baku

Müasir Müsavat Partiyası “Respublikaçılar” Təşviqat qrupu və Qarabağ və Respublika Uğrunda Hərəkatla eyni yerdə, eyni vaxtda mitinqlər keçirəcək

Müasir Müsavat Partiyası “Respublikaçılar” Təşviqat qrupu və Qarabağ və Respublika Uğrunda Hərəkatla eyni yerdə, eyni vaxtda mitinqlər keçirəcək
# 17 fevral 2009 13:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müasir Müsavat Partiyası (MMP) Azərbaycanda martın 18-də keçiriləcək referendum öncəsi “Respublikaçılar” Təşviqat qrupu və Qarabağ və Respublika Uğrunda Hərəkatla eyni vaxtda mitinqlər keçirmək barədə qərar qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, bu, radikal müxalifətin hakimiyyətdaxili bəzi qüvvələrlə birləşib keçirəcəyi icazəsiz mitinqlərdə Azərbaycanın beynəlxalq nüfuzuna vurulacaq zərbənin qarşısını alınması üçün önləyici addım məqsədi daşıyacaq. “Respublikaçılar” Təşviqat qrupu və Qarabağ və Respublika Uğrunda Hərəkat hansı meydanda və hansı saata aksiya təyin edəcəksə, MMP də həmin yerdə, həmin vaxtda mitinq keçirəcək.

MMP, həmçinin, referendumla bağlı səsvermə keçiriləcək seçki məntəqələrində müşahidəçilik etmək qərarı qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR