Bank Of Baku

Bütün seçki dairələrinin ərazisində əhali ilə görüşlər üçün yerlər ayrılıb

Bütün seçki dairələrinin ərazisində əhali ilə görüşlər üçün yerlər ayrılıb
# 17 fevral 2009 13:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Martın 18-də keçiriləcək referendum öncəsi təbliğat-təşviqat aparmaq məqsədilə bütün seçki dairələrinin ərazisində əhali ilə görüşlər üçün yerlər ayrılıb. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, həmin yerlər yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilib. Referendum öncəsi təşviqat qrupları əvvəlcədən xəbərdarlıq etməklə müəyyən olunmuş yerlərdə seçicilərlə görüşlər keçirə bilərlər. N. Məmmədov təşviqat qruplarının çap etdirəcəkləri plakatları yerləşdirmək üçün seçki komissiyaları tərəfindən hər seçki məntəqəsinin ərazisində bir neçə lövhənin qoyulduğunu da qeyd edib. Qruplar bir-birinə yer saxlamaq şərti ilə öz plakatlarını həmin lövhələrə yerləşdirə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR