Bank Of Baku

Referendumla bağlı təbliğat-təşviqat kampaniyası başlayır

Referendumla bağlı təbliğat-təşviqat kampaniyası başlayır
# 17 fevral 2009 14:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı təbliğat-təşviqat kampaniyası fevralın 18-də başlayır. Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, kampaniya dövründə qeydə alınmış təşviqat qrupları üçün pulsuz efir vaxtı ayrılacaq. İctimai Televiziyada ayrılacaq efir vaxtından dəyirmi masa formasında istifadə olunacaq. N. Məmmədov bildirib ki, dəyirmi masanın vaxtı və çıxışların növbəsi MSK-nın sabah keçiriləcək iclasında müəyyənləşəcək. Təbliğat-təşviqat kampaniyası səsverməyə 24 saat qalmış dayandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR