Bank Of Baku

Siyavuş Novruzov: “Müxalifət gərginlik yaratmaq istəyir”

Siyavuş Novruzov: “Müxalifət gərginlik yaratmaq istəyir”
# 18 fevral 2009 13:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müxalifət partiyaları kütləvi aksiyalar üçün nəzərdə tutulmayan yerlərdə mitinq təyin etməklə gərginlik və guya Azərbaycanda sərbəst toplaşmaq azadlığının boğulduğu, insanlara lazımı şəraitin yaradılmadığı barədə fon yaratmaq istəyirlər”. APA-nın məlumatına görə, bunu “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Siyavuş Novruzov müxalifət düşərgəsini təmsil edən təşviqat qruplarının fevralın 22-nə təyin etdiyi mitinqə münasibət bildirərkən deyib. Deputat hesab edir ki, müxalifətin məqsədi aksiya keçirmək yox, məhz fon yaratmaqdır: “Dünyanın hansı ölkəsində kütləvi aksiyalar üçün bu qədər yer ayrılıb? Qapalı və açıq kifayət qədər yer var. Hər kənddə tədbir keçirmək üçün yer ayrılıb. Bundan artıq nə olmalıdır?”

Ayrılmış yerlərin şəhərin mərkəzindən kənarda olması barədə fikirlərə gəldikdə, S. Novruzov bildirib ki, bunların da əsası yoxdur: “Müxalifət sadəcə, hesab edir ki, hansısa metro stansiyasının və yaxud ticarət mərkəzinin qarşısında onlara yer ayrılmalıdır, onlar da ticarətlə məşğul olan adamları ora toplayıb çıxış etməlidirlər. Mitinq keçirmək üçün sosial baza, insan lazımdır ki, o da müxalifətin problemidir. Ona görə də problem ayrılan yerlərdə deyil, müxalifətin sosial bazasındadır. Biz nümunə olaraq prezident seçkiləri ərəfəsində müxalifətə göstərdik ki, Bibiheybətdə mitinq keçirmək mümkündür. Onlar Bibiheybəti bəyənmirdilər. Biz Bibiheybətdə tədbir keçirdik və orada 50 mindən artıq insan iştirak etdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR