Bank Of Baku

Prezident İlham Əliyev 2009-cu ilin “Uşaq ili” elan edilməsi haqqında” tədbirlər planının təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev 2009-cu ilin “Uşaq ili” elan edilməsi haqqında” tədbirlər planının təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb
# 18 fevral 2009 17:17 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev 2009-cu ilin “Uşaq ili” elan edilməsi haqqında” tədbirlər planının təsdiq edilməsi barədə sərəncam imzalayıb. APA-nın xəbərinə görə, ölkə başçısı “2009-cu ilin “Uşaq ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 dekabr tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı Tədbirlər planı” təsdiq edilməsini qərara alıb.
“2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı Tədbirlər planı”nda Azərbaycan uşaqları haqqında məlumat bankının və İnternet saytının, xüsusi portalın yaradılması, müasir ailə modelinə dair müvafiq tövsiyələrin hazırlanması, respublika uşaq yaradıcılıq festivalının, habelə Beynəlxalq Bakı uşaq rəsm müsabiqəsinin və “Şərq-Qərb” beynəlxalq uşaq rəqs festivalının keçirilməsi, “Uşaq ili” ilə bağlı yeni teatr tamaşalarının hazırlanması, dövlət uşaq müəssisələrində tamaşaların və konsert proqramlarının təşkili və s. nəzərdə tutulur.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR