Bank Of Baku

Ərdoğanın çıxışı Milli Demokratik Qüvvələr Birliyinin narazılığına səbəb olub

Ərdoğanın çıxışı Milli Demokratik Qüvvələr Birliyinin narazılığına səbəb olub
# 19 fevral 2009 14:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Milli Demokratik Qüvvələr Birliyi (MDQB) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. MDQB-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Türkiyənin iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyasının (AKP) regionda baş verənlərə münasibəti və Azərbaycanla bağlı mövqeyi təhlil olunub.

Türkiyənin baş naziri, AKP lideri Rəcəb Tayyib Ərdoğanın türkçülüklə bağlı siyasi opponentlərinə cavab olaraq, Çaldıran savaşını misal gətirməsi Sədrlər Şurasının narazılığına səbəb olub.

Qeyd edək ki, Ərdoğan çıxışında “Biz tariximizə baxdıqda Mohaçı, Hiğbolunu, Çaldıranı, Malazgirti görürük, İstanbulun fəthini, Çanaqqala dastanını, Qurtuluş savaşımızı görürük. Biz bu ruhla yaşadıq, bu ruhla böyüdük, bu ruhda tərbiyə edildik və gələcəyin Türkiyəsini bu ruh üzərində inşa etməyə çalışırıq” söyləyib. Sədrlər Şurası R.T. Ərdoğanın çıxışını türk millətinin birliyinə xidmət etmədiyini qeyd ediblər.

MDQB Sədrlər Şurası türk xalqını baş verənlərə daha həssaslıqla yanaşmağa, ayrı-ayrı coğrafiyalarda yaşayan, ancaq eyni soydan gələn Azərbaycan və Türkiyə türklərinin qarşı-qarşıya qoyulmasına yönələn bütün addımlara etiraz etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR