Bank Of Baku

Azərbaycan prezidenti Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb
# 19 fevral 2009 15:00 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinə Bakı şəhərində küçələrdən birinə Bəxtiyar Vahabzadənin adının verilməsini, Bəxtiyar Vahabzadənin yaşadığı binaya (İstiqlaliyyət küçəsi, 9) xatirə lövhəsinin vurulmasını, Şəki Şəhər İcra Hakimiyyətinə isə Şəki şəhərində küçələrdən birinə Bəxtiyar Vahabzadənin adının verilməsini və Şəki şəhərində Bəxtiyar Vahabzadənin büstünün ucaldılmasını təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə isə təhsil sistemində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün Bəxtiyar Vahabzadə adına təqaüdün təsis edilməsini, Şəki şəhərinin orta məktəblərindən birinə Bəxtiyar Vahabzadənin adının verilməsini təmin etmək barədə tapşırıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR