BAXCP sədri: “PKK ilə əməkdaşlıq etməklə Ermənistanla əməkdaşlıq etmək arasında heç bir fərq yoxdur”- AÇIQLAMA
Q. Həsənquliyev bildirib ki, İranın Azərbaycan torpaqlarını işğal edən Ermənistanla iqtisadi, siyasi, hətta hərbi əməkdaşlığını gündən-günə gücləndirməsi Azərbaycan xalqını narahat edir: “İran Ermənistanın iqtisadi baxımdan ayaq üstə durmasına yardım edir. Bütün bu məsələlərin təməlində dayanan əsas amil isə İranın Azərbaycanın müstəqilliyi ilə barışmamasıdır. İran orada yaşayan azərbaycanlıların nə vaxtsa oyana biləcəklərindən narahatdır. Fars-molla rejiminin niyyəti Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə etmək, faktik olaraq onu öz maraqlarına uyğun yönəltmək, burada müstəqil siyasət yürüdə bilməyən, marionet bir hökumət görməkdir. Lakin Azərbaycan xalqı dini ideologiya ilə yüklənmiş bir hakimiyyətin, xüsusilə də islam fundamentalizmini özündə ehtiva edən bir rejimin əsil mahiyyətini yaxşı görür və belə çağırışlara qarşı özünün sərt təpkisini göstərir”.
BAXCP sədri Azərbaycanda bir qrup siyasətçi və media nümayəndəsini İranın tezislərinə dəstək verməkdə də ittiham edib: “Azərbaycanda bir antitezisçilər qrupu formalaşıb. Bu insanlar, nə deyirsənsə mütləq onun əleyhinə çıxırlar. Guya özlərinin fərqli münasibətlərini ortaya qoyurlar. Bu psixoloji bir xəstəlikdir ki, ona düçar olmuş insanlar Azərbaycanda da var. Bir qrup insan isə başqa bir xəstəlikdən əziyyət çəkir - içərilərində qərəz var. Məsələn, ermənilər Azərbaycan prezidentinin əleyhinə danışanda da onlar sevinirlər. Xatırlayırsınızsa, Sarkisyanın Azərbaycan prezidenti ilə bağlı açıqlamalarına bu qrupun təmsilçiləri necə reaksiya verdilər, canfəşanlıqla onu necə təqdim etdilər. Yaxud bu yaxınlarda İran generalının rəsmi Bakının ünvanına söylədiyi ittihamdardan necə fərəhləndilər. Təki söylənilənlər Azərbaycan dövlətinin və hökumətinin əleyhinə olsun. Çox təəssüf ki, bu insanlar özlərini siyasi ehtiraslarına təslim ediblər”.
Q. Həsənquluyev ağır dövləti cinayətdə ittiham olunan Ayaz Mütəllibovla bağlı bir qrup müxalifətçinin apardığı kampaniyanı da başa düşmədiyini deyib: “ Mənim Ayaz Mütəllibovla hər hansı bir münasibətim olmayıb. Amma ona ağır itki üz verdi, gənc oğlu dünyasını dəyişdi. Allah rəhmət eləsin. Hesab edirəm ki, Ayaz Mütəllibovun vətənə qayıtması üçün Azərbaycan prezidenti tərfəfindən kişiyana qərar qəbul olunub. Hər kəs kimi mən də bu addımı alqışlayıram və hesab edirəm ki, belə bir imkan ona yarıdılmalıydı. Amma düşünürəm ki, illərin keçməsindən asılı olmayaraq öz ölkəsinə, xalqına qarşı bu və ya digər dövləti cinayətlər törətmiş şəxslər yalnız müvafiq məhkəmə qərarlarından sonra əfv edilə bilərlər. Bizim cinayət qanunvericliyimiz bunu tələb edir. Bir qrup insan, hansılar ki, Ayaz Mütəllibovun tərəfdalarıdırlar, onlar onun Bakıda yenidən cinayət məsuliyyətinə cəlb olunmamasını istəyirlər. Hesab edirəm ki, belə addım çox ciddi nəticələrə gətirib çıxara biləcək presidentə yol aça bilər. Belə bir hal olarsa, bəzi siyasətçilər dövləti cinayətlər törətməkdən çəkinməzlər. Düşünərlər ki, ən pis halda ölkəni tərk edəcək və 20 ildən, hər şey unudulduqdan sonra vətənə qayıdacaqlar. Belə olmamalıdır. Cinayət Məcəlləsinin 74 və 75-ci maddələrində cinayət məsuliyyətindən azadolma halları var. Orada da ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərin şəraitin dəyişməsilə cinayət məsuliyyətindən azad olunması nəzərdə tutulmur. Mütəllibov həm bu baxımdan, həm də axtarışda olduğuna görə cinayət məsuliyyətindən azad oluna bilməz. Azərbaycana qayıdış vaxtı bitəndən sonra o, istintaq orqanlarına gedib istintaqın suallarını cavablandıra bilər. Bundan sonra istintaq yekunlaşdırılıb materiallar məhkəməyə göndərilər. Məhkəmə onun haqqında hansı qərarı qəbul edərsə bu məhkəmənin işidir. Amma mən hesab edirəm ki, adətən Mütəllibov kimi insanlar, hətta ömürlərinin sonuna çox az bir müddət qalmalarına baxmayaraq, halbuki Mütəllibov kifayət qədər gümrah görünür, ədalət məhkəməsi qarşısında dayanmalıdırlar. Bu gün onun siyasi motivlərlə həbs olunduğunu deyən və onun azadlığını tələb edən şəxslər vaxtilə Mütəllibovun üzərinə zirehli texnika ilə gedirdi. 1992-ci ilin mayın 15-ni xatırlamaq kifayətdir. Ondan sonra da AXC hakimyyəti Mütəllibov haqqında cinayət işi qaldırdı. Bu gün bir qrup insanın özlərini belə aparması onu göstərir ki, guya Mütəllibovun Azərbaycandan Moskvaya qaçmasında AXC hakimiyyətinin rolu olmayıb. Onun siyasi motivlərlə həbs olunmasını gündəmə gətirən insanlar siyasi riyakarlığın ən bariz nümunəsini göstərirlər. Belə insanlar elə zənn edirlər ki, qısa müddət ərzində hər şey unudulur, tarix yaddan çıxır”.
İndi A. Mütəllibovun açıqlamasını tənqid edən müxalifətçilərin bir neçə gün əvvəl onun cinayət məsuliyyətindən azad edilməli olduğunu, AXCP sədri Əli Kərimlinin mətbuata Mütəllibovla koalisiya qurmağın mümkünlüyü barədə təklifini xatırladan Q. Həsənquliyev “bu məsələdə yenə də həmin adamlar yanıldılar. Ölkədən qovuduqları bir adamın timsalında özlərinə müttəfiq axtarmaqla özlərini biabır etdilər” deyib.
Son günlər dünyanın diqqətində olan PKK məsələsinə münasibət bildirən Q. Həsənquliyev bu terror təşkilatına münasibətlə bağlı Azərbaycan prezidentinin son açıqlamasını xatırladıb: “ Bir qrup adam üçün isə əsas məqsədi dövlətin maraqlarından çıxış etmək deyil. Azərbaycanda heç bir fakta söykənmədən PKK izi axtaran adamlar əvvəlcə ortada olan Türkiyə Ermənistan iqtisadi münasibətlərinə diqqət yetirməlidirlər. Bu adamların Türkiyənin Ermənistanla olan və gündən-günə genişlənən iqtisadi-ticari əlaqələrilə bağlı susmalarının yeganə bir səbəbi var: Fikirləşirlər ki, susmaqlarının, PKK məsələsini qabartmalarının, Türkiyə-Ermənistan iqtisadi əməkdaşlığını arxa plana keçirmələrinin müqabilində Türkiyənin siyasi dairələrinin dəstəyini qazanacaqlar. Məqsəd yenə də sırf daxili siyasətə hesablanmış cılız hisslər və cılız yanaşmalardır. Türkiyənin Ermənistanla bütün sahələrdəki əlaqələri ortadadır. Bu barədə bir kəlmə də olsun deyilmir. Amma olmayan PKK-Azərbaycan əlaqələrindən, PKK-ya hansısa Azərbaycan iş adamının maliyyə yardımı etməsindən genişinə-boluna danışır və yazırlar. Bəsit və reallığa uyğun gəlməyən yanaşma nümayiş etdirirlər. Türkiyənin naziri deyir ki, bizim Ermənistanla ticari əlaqələrimiz 250 milyon dolları keçib. Baxın, PKK-nın Türkiyəyə qarşı etdiyi cinayətlərdən daha ağırını Ermənistan Azərbaycana qarşı edib və etməkdədir. Əgər Azərbaycanda insanlar PKK ilə əməkdaşlıq etsələr, Türkiyə bunu necə qarşılayar? Azərbaycandan kimsə PKK ilə əməkdaşlıq edərsə o, bütün türk xalqının düşməni elan olunmalıdır! PKK ilə əməkdaşlıq etməklə Ermənistanla əməkdaşlıq etmək arasında heç bir fərq yoxdu. Amma bundan danışıb, öz dərdlərimizdən danışmamaq milli qeyrətsizlikdir. Görünür onlar üçün bu kimi məsələlərdə sərhəd yoxdur. Onlar özünə hörmət edən siyasət adamlarının toxunulmaz saydığı sərhədləri çoxdan keçiblər. Ermənilərlə saziş də bağlaya, ermənilərin və farsların verdikləri bəyanatlara sevinə də bilərlər... Bu da ciddi mənəvi aşınmanın göstəricisidir”.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib
Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib
Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 2
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam