“Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib
Açılış nitqi ilə çıxış edən İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov tədbir barədə məlumat veriblər.
Tədbirdə Mehman Əliyev “Azərbaycan mediasının əsas problemlərinin qısa xülasəsi”, media eksperti Ələsgər Məmmədli “Diffamasiya - media azadlığına təhlükədirmi?”, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova isə “Araşdırma materialları və tənqid: jurnalistlərin təhlükəsizliyi üçün problemlərin səbəbləri kimi” mövzusunda məruzələrlə çıxış ediblər.
X. İsmayılova Azərbaycanda söz azadlığı ilə bağlı problemlərin olduğunu, özü ilə bağlı baş vermiş son hadisəyə hüquq-mühafizə orqanlarının tərəfli yanaşdığını bildirib.
Lakin Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev X. İsmayılovanın söylədiklərinin həqiqəti əks etdirmədiyini deyib. O bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı olmasaydı, X. İsmayılova tənqidi ruhlu yazılar yaza bilməzdi.
V. Əliyev deyib ki, ölkədə söz və mətbuat azadlığı var, Azərbaycan dövləti də bunun qarantıdır: “Bunun əksini deyənlər ya yanılırlar, ya da qərəzlidirlər”.
Toplantıda ictimai-siyasi institutların fəaliyyətinə hüquqi-siyasi məhdudiyyətlərin yaradılması, hüquq pozuntularının siyasi və iqtisadi səbəbləri mövzularında çıxışlar olub. Politoloq Leyla Əliyeva bəzi beynəlxalq təşkilatları öz qaydalarını pozmaqda ittiham edib və bunun müxtəlif maraqlarla bağlı olduğunu iddia edib.
Tədbirin gedişində müzakirələrdə iştirak etmək üçün çıxışa yazılmaq istəyənlərlə moderator arasında mübahisələr də olub. Moderatorun çıxışçılar üçün cəmi bir dəqiqə vaxt ayırması, bəzi şəxslərə isə ümumiyyətlə söz verməməsi mübahisə yaradıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə hökumətin ünvanına səsləndirilən ittihamları rədd edib və insan hüquqları, o cümlədən söz və ifadə azadlığı ilə bağlı problem olmadığını bildirib: “Bu, Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı ən zəif tədbirdir. Burda elementar hüquqlar da pozulur”.
Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli tədbirdə müzakirə olunan mövzuların ciddi olduğunu, bu səbəbdən də həmin mövzuların səthi deyil, ciddi analiz obyekti olduğunu vurğulayıb. Üzünü tədbirin təşkilatçılarına tutan Ə. Hüseynli adı konfrans məruzəçiləri sırasında olan Almaniya parlamentinin Yaşıllar Partiyasının üzvü Volker Bekin çıxışının mövzusu haqqında fikirlərini bildirib: “Onun çıxışının mövzusu “Azərbaycanın Avropada beynəlxalq imici”dir. Axı başqa bir ölkənin bir partiyasının üzvünün Azərbaycanın Avropadakı imici haqqında danışmasına nə qədər haqqı çatır?! Bizə hörmət qoymursunuzsa, heç olmasa bu Vətənə, bu Dövlətə, özünüzə hörmət qoyun”.
Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib ki, əslində bu tədbirdə hökumətin əleyhinə edilən çıxışlar konfransda iştirak edən xarici jurnalistlərə hesablanıb: “Burada yerli vətəndaşlar tərəfindən edilən bəzi çıxışların ingilis dilində olması da bunu göstərdi. Halbuki tədbir iştirakçılarının böyük əksəriyyəti yerli QHT və KİV nümayəndəsidir”.
Ç. Əsgərov jurnalist Xədicə İsmayılovanı başqalarının şəxsi həyatına müdaxilə etməkdə də ittiham edib: “Amma onun şəxsi həyatı ilə hansısa məqamlar ortaya çıxanda deyir ki, mənim şəxsi həyatım sizin işiniz deyil. Bu, nə qədər düzdün və ədalətli yanaşmadı?”
Tədbirdə İnsan Hüquqları Evi Fondunun nümayəndəsi Florian İrminger “Beynəlxalq öhdəliklərin izahı: insan hüquqlarının həyata keçirilməsi problemi” mövzusunda çıxış edib. O, Bakıdakı Norveç İnsan Hüquqları Evinin qeydiyyatının ləğv edildiyini, bu qurumun bağlandığını tənqid edib.
Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov isə Norveç İnsan Hüquqları Evinin qeydiyyatının ləğv edilmədiyini söyləyib: “Burada söhbət sazişin bağlanmasından gedir. Artıq onlar sənədlərini toplayıb bizə təqdim ediblər. Məncə, bu məsələ qısa müddətdə həll olunacaq”.
Tədbirdə çıxış edən Almaniya Bundestaqının deputatı Volker Bek isə Azərbaycanda söz azadlığı, demokratiya, ölkənin xaricdəki imici ilə bağlı tənqidlər səsləndirib. O bildirib ki, Azərbaycanda siyasi məhbuslar var, mitinqlər polis gücü ilə dağıdılır, saxlanılanlara təzyiq olunur.
Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyevin Volker Bekin çıxışına münasibəti sərt olub. O, bu çıxışı Azərbaycana qarşı Almaniyanın müəyyən dairələri tərəfindən aparılan antitəbliğatın bir hissəsi adlandırıb: “Almaniyalı deputatın Azərbaycanda insan haqları ilə bağlı dedikləri səmimi deyil. Qeyd etmək istəyirəm ki, Volker Bek və Yaşıllar Partiyasının Bundestaq fraksiyasının rəhbəri Viola fon Kramon Almaniyada Azərbaycana qarşı kampaniyanı təşkil edən şəxslərdəndirlər. Təkcə onun Azərbaycanda işgəncə faktı ilə bağlı dedikləri barədə soruşmaq istəyirəm. Mənə maraqlıdır, Almaniyada başları kəsilən türklərin başı yerinə tikildimi? Məscidlərə çəkilən xaçlar silindimi? Hamburqda etiraz aksiyası iştirakçılarına qarşı qəddar davranışın fəsadları aradan qaldırıldımı? Bu cür halların baş verdiyi ölkə nə qədər tolerant ola bilir? Belə ölkənin deputatı başqa bir ölkəni necə siyasi dözümsüzlükdə ittiham edə bilər?”
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda neonasizm yoxdur: “Almaniyada insanları bu gün də türklərin, yunanların başını kəsirlər. Bu gün Almaniyada bir qisim Volker Bek var ki, Azərbaycana qarşı yürüşlər keçirir. Onlar “Nabucco” kəməri ilə bağlı itirilmiş imkanlarını bərpa etmək üçün qarayaxma kampaniyası aparırlar”. H. Babaoğlu V. Beki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqqı pozulmuş insanların hüququ barədə də danışmağa çağırıb.
İnsan Haqları evinin rəhbəri Florian İrminger isə deyib ki, onlar işlədikləri bütün ölkələrdə insan hüquqları ilə məşğul olurlar: “Bütün ölkələrin öhdəliklərini yerinə yetirmələri vacibdir”.
Deputat Çingiz Qənizadə isə almaniyalı deputatdan Dağlıq Qarabağla bağlı mövqeyini soruşub.
Volker Bek bildirib ki, o, Dağlıq Qarabağ münaqişəsinin sülh və milli azlıqların hüququnun yüz faiz tanınması yolu ilə həllinə tərəfdardır.
Tədbirdə Azərbaycan İctimai Televiziyasının ünvanına da tənqidlər səsləndirilib. İTV balansı qorumamaqda, siyasi müxalifətə efir vaxtı ayırmamaqda ittiham edilib.
İctimai Televiziyanın departament rəhbəri Anar Yusifoğlu isə xatırladıb ki, İTV Avropa Yayımlar Birliyinin üzvüdür və bu üzvlüyə qəbul zamanı nəzərə alınan əsas meyar televiziyanın peşəkarlıq göstəriciləri və beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsidir: “İTV ölkədə keçirilən bütün aksiyaları işıqlandırır, milli və dini azlıqlara efirində yer ayırır. Biz ölkə səviyyəli bütün siyasi tədbirlər ərəfəsində debatlar təşkil etmişik və həmin debatlarda siyasi paritet qorunub, müxalifətə efir vaxtı verilib. Azərbaycan müxalifəti dəfələrlə İTV-nin ayırdığı pulsuz efir vaxtından istifadə edib. Elə ötən parlament seçkilərini buna misal göstərmək olar. Yeri gəlmişkən, bu tədbirin təşkilatçıları İTV-nin ayırdığı 4 dəqiqəlik pulsuz efirin az olduğunu söyləyirdilər. Bizi 4 dəqiqəlik efir vaxtı ayırmaqla demokratiyanı məhdudlaşdırmaqda ittiham edənlər bu gün cəmi bir dəqiqəlik cavab haqqı tanıyırlar. Bunun özü də diqqət yetirilməli və maraqlı məqamdır”.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Kürşad Zorlu yaradılacaq Türk dünyası İnkişaf Bankı ilə bağlı detalları açıqlayıb
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
Zelenski: Xaricdə olan 9 milyon ukraynalı ilə seçkiləri necə keçirmək olar?
Yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Qəbələdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Vens: ABŞ Yaxın Şərq siyasətini İsrailə tabe edə bilməz
Türk dövlətləri üçün ortaq inkişaf bankı yaradıla bilər
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova hökm oxunub
2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib
Konstantinovkanın nəzarətə götürüldüyünü Putinə məruzə edən general Ukraynada öldürülüb
AK Partiyanın sədr müavini: Türk dövlətləri arasında rəqəmsal iqtisadi platforma yaradılmalıdır
Kürşad Zorlu: Orta Dəhliz iqtisadi inkişaf zolağına çevrilə bilər
Rusiya ordusu Kiyev–Nikolayev sərnişin qatarını vurub
Rusiya Ukraynada avtobusa dron zərbəsi endirib, 5 nəfər ölüb - FOTO
Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
SEPAH ABŞ-a məxsus 52-ci MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Messi Argentina millisində vida oyunu keçirəcək
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Mbappe keçmiş klubu PSJ-yə 60 min avro təzminat ödəyəcək
TDT-nin Baş katibi: Orta Dəhliz Asiya ilə Avropa arasında türk regionundan keçən strateji bağlantıdır
CBS İranın hücumlarından sonra ABŞ-ın hərbi obyektlərində dağıntıların görüntülərini yayıb - FOTO
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilir - FOTO
Fövqəladə Hallar Nazirliyi cəzaçəkmə müəssisəsində təlim keçirib - VİDEO
Bakıda maşın piyadanı vuraraq öldürüb
Azərbaycan neftinin qiyməti 128 dollar olub
Bu günün valyuta məzənnələri
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
Nyu-york birjasında təbii qazın dəyəri azalıb
“Brent” nefti ucuzlaşıb
Politico: Aİ vətəndaşlarının bir qismi Avropa Komissiyasına kimin rəhbərlik etdiyini bilmir
Hikmət Hacıyev Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının inkişafı ilə bağlı müzakirələri yüksək qiymətləndirib
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb
“Bitcoin”in qiyməti 76 min dollardan aşağı enib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Neftin qiyməti 108 dollara enib
Qlobal fond bazarlarında eniş davam edib
Rusiyada ayı 66 yaşlı qadını yaşadığı evin həyətində parçalayıb
Los-Ancelesdə avtobus qəzasını çəkən televiziya helikopteri qəzaya uğrayıb, 2 nəfər ölüb
Çinin “OrienSpace” şirkəti dəniz platformasından 9 peyk orbitə çıxarıb
Zukerberq süni intellekt tərtibatçılarını öz modellərinin təhlükəsizliyinə görə məsuliyyət daşımağa çağırıb
Fransa müdafiə sənayesində 100 min yeni işçi cəlb etməyi planlaşdırır
Argentina Malvin adaları yaxınlığında neft hasilatına görə Britaniya və İsrail səfirlərini XİN-ə çağırıb
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib
Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv edib
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10-a yaxın ölkə təklif edib
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb