ABŞ-ın Los-Anceles şəhərinin Çatsvort rayonunda baş verən ağır yol qəzasını çəkən “NBC 4” telekanalına məxsus helikopter qəzaya uğrayaraq yanıb.
Xarici medianın məlumatına görə, bundan əvvəl ərazidə yolsuzluq avtomobili ictimai nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində azı 2 nəfərin öldüyü, daha 6 nəfərin yaralandığı bildirilir.
Hadisə yerinə çəkiliş üçün göndərilən televiziya helikopteri qəzanın nəticələrini havadan lentə alarkən yerə çırpılıb və yanmağa başlayıb.
Helikopterin qəzaya uğramasından bir neçə dəqiqə əvvəl fotojurnalist Eliana Moreno onun göyərtəsindən canlı yayım aparıb. Hadisə yerində olan digər xəbər helikopterləri qəzaya uğrayan hava gəmisinin “NBC 4” telekanalına məxsus olduğunu bildiriblər.