Bank Of Baku

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
# 16 sentyabr 2026 00:53 (UTC +04:00)

“Regional orta güclər kimi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri beynəlxalq münasibətlərdə müsbət və konstruktiv rol oynayaraq sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verir”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” hesabında bildirib.

Hikmət Hacıyev Əbu-Dabidə BƏƏ Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaşla görüşdüyünü qeyd edib.

Onun sözlərinə görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin gücləndirilməsi yolları, qarşılıqlı maraq doğuran məsələlər, eləcə də regionda baş verən son proseslər müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR