Hikmət Hacızadə: “Vurğun Əyyubun dediklərinin hamısı düzdür”
14 dekabr 2006 11:18 (UTC +04:00)
“Müsavat daxilindəki məsələlər demokratik qaydada müzakirə edilməli və demokratik qaydada qərarlar qəbul olunmalıdır”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Hikmət Hacızadə deyib. Partiyada baş qaldırmış problemlərin həlli üçün böyük iş aparılmasına ehtiyac olduğunu bildirən H. Hacızadə keçmiş birinci müavin, Divan üzvü Vurğun Əyyubun mətbuatda səsləndirdiyi bütün fikirlərin düzgün olduğunu qeyd edib. Problemlərin həlli məqsədilə kollegial müzakirələrin aparılmamasının səbəblərinə gəldikdə, H. Hacızadə bunu müsəlmançılıqla əlaqələndirib: “Biz müsəlmanıq və müzakirə apara bilmirik. Bu, bizim mədəniyyətimizdə yoxdur və müzakirə aparılanda da həmişə dava düşür. Amma bu, təkcə Müsavatın problemi deyil. Bir milyardlıq müsəlman dünyasının içərisində dialoq yoxdur, müzakirə aparılmır. Müsavat balaca, demokratik bir qurumdur və müsəlman dünyası necədirsə, Müsavat da elədir”. Partiyada aktiv fəaliyyətdən kənarlaşmasına gəldikdə, H. Hacızadə bunun özü ilə bağlı məsələ olmadığını bildirib: “Sadəcə, partiyada iş olmadığına görə partiya fəaliyyətindən kənardayam. Amma cəmiyyətdə varam və haqsızlıqlara qarşı öz səsimi ucaldıram. Partiyanın konkret işi olanda mütləq mən də o işə qoşuluram. Partiyanın daxilindəki davalar, vəzifələr və mövqelər isə məni maraqlandırmır. Ona görə də oralarda görünmürəm. Amma partiyanın digər işlərində iştirak edirəm. Digər tərəfdən, bizim partiyalarımız partiya deyil. Partiyalar ölüb, yoxa çıxıb. Müxalifəti susdurublar, oturdublar yerində. Çünki ölkədə açıq ictimai-siyasi fəaliyyət mümkün deyil”. H. Hacızadə onu da qeyd edib ki, Müsavat daxilindəki problemlərlə bağlı fikirlərini partiya Məclisinin dekabrın 23-də keçiriləcək iclasında bildirəcək. /APA/
Daxili siyasət
Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib
12:39
6 may 2024
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024