Azərbaycan Milli Azlıqlar Konqresi Dağlıq Qarabağ separatçılarının keçirdiyi “referendum”la bağlı beynəlxalq təşkilatlara müraciət edib
14 dekabr 2006 15:47 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Azlıqlar Konqresi (AMAK) dekabrın 10-da qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən referendumla bağlı BMT-yə, ATƏT-ə, Avropa Şurasına, ABŞ Dövlət Departamentinə və Konqresinə, Fransa Senatına, Rusiya Dövlət Dumasına və bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. AMAK-dan APA-ya verilən məlumata görə, müraciətdə Dağlıq Qarabağda keçirilən qondarma referendum pislənilir və beynəlxalq təşkilatlardan ermənilərin qanunsuzluqlarına praktik münasibət göstərilməsi tələb edilir. Müraciətdə Ermənistanın işğalçı olduğu və zəbt edilən ərazilərdə minlərlə etnik millətin yaşadığı da vurğulanıb: “Bu gün 1 milyon qaçqının içərisində ruslar, kürdlər və digər milli azlıqların nümayəndələri də var. Bu gün onlar da Ermənistanın hərbi təcavüzündən əziyyət çəkir. Azərbaycan ərazilərinin işğal edən Ermənistan ərazisində isə bir nəfər də qeyri-erməni yaşamır. Yəni Ermənistanda heç bir digər millətin icması fəaliyyət göstərmir. Bütün bunları nəzərə alıb, Ermənistanın işğalçı siyasətinin qarşısını almaqda Azərbaycana dəstək verməyinizi istəyirik”. /APA/
Daxili siyasət
İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd olub
15:33
29 aprel 2024
Dövlət Komissiyasının katibi: Ermənistanda itkin düşmüş azərbaycanlılara aid meyit qalıqları dəfn olunub, onların da qaytarılacağına ümidimiz var - MÜSAHİBƏ
10:30
29 aprel 2024
Dövlət Komissiyası: İtkin düşmüş şəxslərin böyük əksəriyyətinin ailə üzvlərindən bioloji nümunələr götürülüb
10:00
29 aprel 2024
Birinci Qarabağ müharibəsi zamanı tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib - EKSKLÜZİV
09:45
29 aprel 2024